“Türkiyə bir neçə aylığa “Bayraktar TB2”-ləri ölkəmizdə yerləşdirsə, Latviya çox şad olardı”.
Hafta.az xəbər verir ki, “Yeni Şafak” nəşrinin yazdığına görə, bunu Antalyada keçirilən Diplomatik Forumda iştirak edən Latviyanın müdafiə naziri Artis Pabriks söyləyib.
Latviyanın “Bayraktar TB2” pilotsuz təyyarələrini almağı planlaşdırması barədə danışarkən nazir hələlik müqavilənin imzalanmadığını qeyd edib.
“Biz Türkiyədə istehsal olunan bir çox sənaye məhsulları ilə maraqlanırıq. “Bayraktar TB2”-ni öz səmamızda sınaqdan keçirmək istəyirik... Türkiyə bir neçə ay ərzində “Bayraktar” PUA-larını Latviyada yerləşdirsə, çox şad olarıq. Türkiyə onları üç-altı aylıq bizim hava bazalarımızda yerləşdirsə, biz onlardan həm sınaq, həm də müşahidə missiyaları üçün istifadə edə bilərik. Bu, çox vacibdir. Bu, bizə yaxşı dəstək olardı”- deyə Latviya müdafiə naziri vurğulayıb.